Bakı. Trend:
Danimarka hökuməti iki yeni patrul gəmisi almağı təklif edib və Qrenlandiyada hərbi mövcudluğunu gücləndirmək üçün Kangerlussuaq hava limanını "F-35" təyyarələrinin yerləşdirilməsi üçün təkmilləşdirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə Qərb KİV-ləri xəbər verib.
Bundan əlavə, Kopenhagen it qoşumu patrullarının sayını artırmaq istəyir.
Bundan əvvəl Danimarka uzaq mənzilli dronlardan istifadə etməklə Şimali Atlantik okeanı və Arktika üzərində patrulların gücləndirilməsi üçün 400 milyon dollar ayırıb.