Bakı. Trend:
Rusiyanın Kazan, Nijnekamsk və Ulyanovsk şəhərlərinin hava limanlarının fəaliyyətinə müvəqqəti olaraq məhdudiyyətlər qoyulub.
Trend xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı məlumat yayıb.
Məlumata əsasən, bu qərar mülki hava gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
“Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etməkdən ötrü bu gün səhər mülki təyyarələrin Kazan, Nijnekamsk, Ulyanovsk aeroportlarına enişi və qalxışına müvəqqəti məhdudiyyətlər qoyulub”, - deyə məlumatda qeyd olunur.