...

Cənubi Koreyadakı aviaqəzanın təfərrüatı məlum oldu

Dünya xəbərləri Materials 11 Yanvar 2025 16:39 (UTC +04:00)
Cənubi Koreyadakı aviaqəzanın təfərrüatı məlum oldu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyada qəzaya uğramış “Jeju Air” hava yolları şirkətinə məxsus sərnişin təyyarəsinin “qara qutularının” qeydə aldığı məlumatların təfərrüatı məlum olub.

Trend xəbər verir ki, bu barədə ölkənin Dövlət Əraziləri, İnfrastrukturu və Nəqliyyatı Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, göyərtədəki uçuş registratorları təyyarə qəzaya uğramazdan 4 dəqiqə qabaq qəfil işini dayandırıb. “Qara qutuların” nə səbəblə qeydiyyatı dayandırdığı hələ ki, məlum deyil .

Bundan əvvəl qəzaya uğramış təyyarənin dağıntıları arasından çıxarılmış mühərrik qalıqlarından quş sürüsü ilə toquşmanın izlərinin aşkar edildiyi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, Banqkok-Muan reysi ilə hərəkət edən Boeing 737-800 sərnişin təyyarəsi dekabrın 29-da qəzaya uğrayıb. İlkin məlumata əsasən, təyyarənin mühərriklərindən biri quş sürüsü ilə toqquşub, sonradan isə toqquşma nəticəsində şassi sıradan çıxıb. Nəticədə eniş zamanı təyyarə uçuş zolağından çıxaraq divara çırpılıb və partlayıb. Göyərtədə olan 181 nəfərdən yalnız iki stüardessa sağ qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti