...

Tramp prezidentliyi dövründə "Trump Organization"nu idarə etməyəcək

Dünya xəbərləri Materials 11 Yanvar 2025 02:49 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra "Trump Organization"un gündəlik idarəçiliyinə cəlb edilməyəcək və şirkət onun prezidentliyi dövründə xarici hökumətlərlə yeni müqavilələr bağlamayacaq.

Trend-in məlumatına görə. bu barədə "The Wall Street Journal" qəzeti xəbər verib.

Məlumata əsasən, hüquqşünas Uilyam Berk potensial maraqlar toqquşmasının qarşısını almaq üçün daxili etika siyasəti və prosedurlarının hazırlanmasına kömək edəcək.

""Trump Organization" atamın prezidentliyi dövründə öz hüquqi və etik öhdəliklərini təkcə yerinə yetirməyə deyil, həm də əhəmiyyətli dərəcədə artımağa çalışır", - deyə prezidentin oğlu və şirkətin icraçı vitse-prezidenti Erik Tramp bildirib.

Xəbər lenti

Xəbər lenti