Bakı. Trend:
İslam maliyyə prinsipləri iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlı inkişafın dəstəklənməsində mühüm rol oynayır.
Bu barədə Trend-ə eksklüziv müsahibəsində İslam İnkişaf Bankı Qrupunun (İİB) sədri Mühəmməd Süleyman Əl-Cəssir məlumat verib.
“Buna risklərin bölüşdürülməsi mexanizmi ilə nail olmaq olar. Risklərin bölüşdürülməsi zamanı maliyyə əməliyyatlarında kreditor və borc götürənin müştərək məsuliyyət daşımış olur. Bundan başqa, İslam maliyyəsi nə ayrı-ayrı fərdlərə, nə də ki, ümumilikdə cəmiyyətə hər hansı zərər vurmayan halal fəaliyyətlərin dəstəklənməsinə yönəlmiş etik investisiyalara xüsusi diqqət ayırır. Vacib aspektlərdən biri də sosial rifahın yaxşılaşmasına və iqtisadi ədalətə hədəflənmiş sosial ədalət prinsipidir ki, bu da öz növbəsində yoxsulluq səviyyəsinin və bərabərsizliyin azalmasına öz töhvələrini verir”, - deyə o bildirib.
Əl-Cəssirin sözlərinə görə, İİB Qrupu iqlim dəyişikliyi ilə effektiv mübarizə və davamlı inkişafa vasitəçilik etmək məqsədilə islami maliyyə resurslarından istifadə edir.
“Qrupun əsas fəaliyyəti dayanıqlı infrastrukturun maliyyələşdirilməsinə yönəlib ki, bu da onu uzunmüddətli dayanıqlı inkişafa təkan verən investisiyalar sahəsində liderə çevirir. Bu səylər çərçivəsində İİB Qrupu enerji səmərəliliyi olan binaların inşası, ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi, su resurslarının idarəolunmasına hədəflənmiş innovativ çözümlərin yaradılması kimi layihələri maliyyələşdirir. Biz öz resurslarımızı bu kimi layihələrin dəstəklənməsinə yönəltməyi aktiv şəkildə davam edirik və bu layihələrin tam olaraq dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə hazırlanması və gerçəkləşdirilməsinə zəmanət veririk. Bu müdaxilələr aşağıda qeyd olunanlar sayəsində mümkün olub.
1. İİB tərəfindən bərpaolunan enerji, təmiz nəqliyyat və digər ekoloji cəhətdən təmiz təşəbbüsləri təşviq edən layihələri maliyyələşdirmək üçün istifadə edilən əsas İslam maliyyəsinin vacib alətlərindən biri "Yaşıl Sukuk".
Bu innovativ alətin köməyi ilə İİB maliyyəsi iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf üzrə hədəflərə çatmaları üçün 57 üzv-dövlətə dəstək göstərir. Bu “sukuk” buraxılışları ətraf mühitə müsbət təsir göstərən layihələrə kifayət qədər böyük kapital cəlb edib.
“Yaşıl” sukuklardan istifadə etməklə İİB bərpaolunan enerji mənbələrinə, dayanıqlı kənd təsərrüfatına və digər ekoloji təmiz təşəbbüslərə əhəmiyyətli investisiyaların cəlb olunması üçün lazımı miqdarda vəsait səfərbər edir. Son beş il ərzində öz dayanıqlı maliyyə strukturumuz çərçivəsində biz üzv-dövlətlərimizə dəstək olaraq, sukuka qoyulan yaşılı və dayanıqlı investisiyalar daxil olmaqla, 8 milyard dollardan çox vəsait ayırmışıq. Bu model çərçivəsində maliyyələşən bəzi layihələrə 337 milyon ABŞ dolları məbləğində Seneqalın Dakar- Blez-Dian Beynəlxalq Hava Limanı (AİBD) arasında regional ekspress qatar xəttinin inşası, Türkiyədə təmiz enerji istehsalı üçün 600 Meqavat gücdə “Aşağı Kaleköy” su bəndinin inşası, həmçinin adıçəkilən ölkədə 200 mindən iri günəş panelləri ilə təchiz olunmuş çoxsaylı günəş elektrik stansiyalarının inşası daxildir.
2. Dövlət-özəl tərəfdaşlığı (DÖT). Bizim DÖT maliyyələşmə modelimizin və göstərdiyimiz konsultativ xidmətlərin köməkliyi ilə biz iri miqyaslı iqlim layihələrinə özəl investisiyaların cəlb olunmasına aktiv şəkildə vasitəçilik edirik. Bura günəş və su energetikası sahəsinə aid təşəbbüslər, o cümlədən Asuanda (Misir) Ben Ban Solar kimi irimiqyaslı layihələr daxildir. Bu layihə regionun ən iri günəş enerji komplekslərindən sayılır və Misirdə dayanıqlı energetikanın inkişafında mühüm rol oynayır.
3. Texniki dəstək yolu ilə üzv-dövlətlərin potensialının artırılması. İİB olaraq biz maraqlı tərəflərin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə iştirakçı ölkələrimizə və maliyyə vasitəçilərinə tədris məsələlərində aktiv şəkildə texniki yardım və dəstək göstərməkdəyik. Bu öz növbəsində dayanıqlı iqlim layihələrinin yaradılmasına və dayanıqlı inkişaf məqsədlərinə çatmağa köməklik göstərən məhsulların daha geniş yeridilməsinə vasitəçilik edir. Məsələn, Qərbi Afrikanın altı ölkəsini əhatə edən Sahel bölgəsində kənd təsərrüfatı üzrə iqlim dayanıqlı proqramları realizə olunur. Bura quraqlığa davamlı bitkiləri və suya qənaət edən çözümləri ehtiva edən sahələrdə potensialın artırılmasına yönəlmiş vacib komponentlər daxildir.
4. İslam maliyyəsi və iqlim ədaləti. İslam bankçılıq- cəmiyyəti əsas diqqəti sosial ədalət və ictimai rifaha dəstəyə yönəldir və bununla da Dayanıqlı İnkişaf məqsədlərinə uyğun olan təşəbbüslərə, məsələn, yoxsulluğun aradan qaldırılması, təhsil və səhiyyə sisteminin inkişafına vasitəçilik edir. Bu kimi təşəbbüslər iqlim dəyişikliyi kontekstində ədalətli və dürüst keçidin təmin olunmasında həlledici rol oynayır. İİB Qrupu öz üzv dövlətlərinə ədalətli və dürüst dəstəyin göstərilməsi yollarını aktiv şəkildə araşdırır və bununla da onların iqtisadi artımı və inkişafına vasitəçilik edir və eyni zamanda planetin qorunması üçün lazımı ölçülər götürür”, - deyə o bildirib.