...

Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 4,45 milyard dollar təşkil edib

Dünya xəbərləri Materials 12 Yanvar 2025 03:58 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 2024-cü il dekabrın 31-nə 4,45 milyard dollar təşkil edib.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Milli Tənzimləyicisi məlumat yayıb.

Bildirilir ki, keçən ilin noyabrında valyuta ehtiyatları 323,6 milyon dollar artıb. Analitiklərin fikrincə, ehtiyatların həcminin dəyişməsi hökumətin və Gürcüstan Milli Bankının valyuta bazarındakı əməliyyatları ilə bağlıdır. Ümumiyyətlə keçən ilin yanvar-dekabr aylarında Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 562,1 milyon lari azalıb.

Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 2023-cü il avqustun 31-də tarixi maksimuma çataraq 5 milyard 436,8 milyon dollar təşkil edib. 2023-cü ildə beynəlxalq ehtiyatlar 101,5 milyon lari, 2022-ci ildə isə 628,1 milyon dollar artıb.

Xəbər lenti

Xəbər lenti