Bakı. Trend:
ABŞ ordusuna məxsus hərbi maşın Almaniyanın Bavariya əyalətinin Ansbax şəhəri yaxınlığında səkidə hərəkət edən 33 yaşlı qadını vurub və onun ölümünə səbəb olub.
Trend “Bild” qəzetinə istinadən xəbər verir ki, ilkin məlumata görə, 33 yaşlı sürücü hələlik naməlum səbəbdən avtomobili yoldan çıxararaq səkidə olan qadını vurub. ABŞ ordusunun əsgəri qəza zamanı xəsarət almayıb.
Hadisənin baş verdiyi əraziyə yaxın Ansbaxda amerikalıların istifadə etdiyi hərbi aerodrom yerləşir.
Qəza ilə bağlı araşdırma aparılır.