...

Hindistanda klubda yanğın baş verib

Dünya xəbərləri Materials 8 Dekabr 2025 08:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın Qoa ştatında yerləşən "Birch by Romeo Lane" klubunda güclü yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Ştat rəhbəri Pramod Savanın "X"də açıqladığı rəsmi məlumata əsasən, hadisə nəticəsində aralarında üç-dörd turistin də olduğu ən azı 25 nəfər həyatını itirib.

Yanğın gecə yarısından az sonra məşhur çimərliklərdən birinin yaxınlığındakı klub ərazisində alovlanıb. Üç nəfər yanıq xəsarəti alıb, digər zərərçəkənlər isə əsasən tüstüdən zəhərlənib. Polis qurbanların çoxunun klub əməkdaşları olduğunu ehtimal edir.

Qoa Yanğından Mühafizə Xidmətinin rəisi Nitin Raker bildirib ki, hadisə vaxtı "alov şousu" nümayiş etdirilirmiş. Dekorativ taxta konstruksiyalar dərhal alışaraq yanğının qısa müddətdə bütün ərazini bürüməsinə səbəb olub.

Yanğın söndürüldükdən sonra bina möhürlənib. Yanğın təhlükəsizliyi xidmətləri obyektin norma və tələblərə uyğunluğunu araşdırmağa başlayıb.

Xəbər lenti

Xəbər lenti