...

İndoneziyada daşqın və sürüşmələr azı 950 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 8 Dekabr 2025 09:14 (UTC +04:00)

Bakı. Trend:

İndoneziyanın Sumatra adasında baş verən güclü daşqın və torpaq sürüşmələri nəticəsində azı 950 nəfər həlak olub, 274 nəfər isə hələ də itkin şəxs kimi qeydiyyatda qalır.

Trend xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyi məlumat yayıb.

Agentliyin açıqlamasında bildirilib ki, təbii fəlakət zamanı 5 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Qeyd olunur ki, əvvəlki məlumatlarda ölənlərin sayının 900 nəfəri keçdiyi bildirilmişdi.

İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin məlumatına görə, fəlakətə noyabrın sonundan bölgədə davam edən güclü yağışlar səbəb olub.

Daşqınlar yaşayış evlərinə, yollar və digər infrastruktur obyektlərinə ciddi ziyan vurub, bu isə xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə daxil olmasını çətinləşdirib.

Qeyd edək ki, Cənub-Şərqi Asiya regionunda, xüsusilə İndoneziya və Taylandda əlverişsiz hava şəraiti, o cümlədən şiddətli küləklər və leysan yağışlar noyabr ayının sonlarından bəri müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti