Bakı. Trend:
“Barselona” bu mövsüm bütün titullara iddialıdır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu klubun sabiq müdafiəçisi Jerar Pike öz açıqlamasında deyib.
Futbolçu bildirib ki, məsələ meydanda baş verəndən çox, ətrafdakı hay-küydədir.
“Onlar keçən mövsümlə eyni üslubda oynayırlar. Çox hücumameyilli komandadırlar, çox risk edirlər, amma eyni zamanda əla şou təqdim edirlər, axı insanlar da məhz bunu istəyir. Onlar çox qol vurur və çox da buraxırlar, bu da Flikin sistemindən gözlənilən bir şeydir. Məncə, onlar bütün titullara iddialıdırlar.
Avropada da. Niyə də olmasın? Aydındır ki, hazırda Avropada çox güclü layihələr var və görünür ki, bu komandalar gec-tez Çempionlar Liqasını qazanacaq. Məsələn, “Arsenal” və ya keçən il turniri qazanan PSJ. Buna “Real”ı və ya Kompaninin rəhbərliyi altında daha da gücləndiyini düşündüyüm “Bavariya”nı da əlavə edin. Deməli, əlbəttə ki, asan olmayacaq”.
