Bakı. Trend:
Yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində Hindistanı Xarici İşlər Naziri Subramanyam Jayşankar təmsil edəcək.
Trend xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi mətbuata açıqlama verib.
Nazirliyin məlumatına görə, Subramanyam Jayşankar ABŞ səfəri çərçivəsində Tramp administrasiyasının yeni rəsmiləri və andiçmə münasibətilə Vaşinqtona səfər edən digər nüfuzlu şəxslərlə görüşlər keçirəcək.