Bakı. Trend:
Futbol üzrə Türkiyə Superliqasında XIX turun növbəti oyunları keçirilib.
Trend-in məlumatına görə, günün mərkəzi qarşılaşmasında “Qalatasaray” səfərdə “Başakşəhər”lə üz-üzə gəlib. Görüş İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Okan Burukun baş məşqçisi olduğu komanda bu mövsüm məğlubiyyətsizlik seriyasını 23 matça çatdırıb. Bu nəticədən sonra aktivində 50 xal olan "Qalatasaray" liderliyini möhkəmlədib, 26 xalı olan "Başakşəhər" isə 7-ci pillədə qərarlaşıb.