...

QUAD ölkələrinin xarici işlər nazirləri yanvarın 21-də Vaşinqtonda görüşəcəklər

Dünya xəbərləri Materials 12 Yanvar 2025 19:02 (UTC +04:00)
QUAD ölkələrinin xarici işlər nazirləri yanvarın 21-də Vaşinqtonda görüşəcəklər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın xarici işlər nazirləri Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) çərçivəsində yanvarın 21-də Vaşinqtonda görüş keçirməyə razılaşıb.

Trend xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb. Görüş, yanvarın 20-də Donald Trampın ABŞ prezidenti kimi andiçmə mərasimi ilə eyni vaxtda baş tutacaq.

Qeyd edilib ki, inauqurasiyadan dərhal sonra QUAD nümayəndələrinin görüşünün keçirilməsi misilsizdir. Bu, ABŞ-ın, hətta prezident Trampın dövründə də Hind və Sakit okean hövzələrindəki ölkələrin işlərində fəal iştirak edəcəyini nümayiş etdirmək məqsədini daşıyır.

Xəbər lenti

Xəbər lenti