...

Almaniya Müdafiə Nazirliyi Ukraynaya yeni yardım paketi hazırlayır

Dünya xəbərləri Materials 13 Yanvar 2025 00:55 (UTC +04:00)
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yeni yardım paketi hazırlayır

Bakı. Trend:

Almaniya Müdafiə Nazirliyi Ukraynaya yeni hərbi yardım paketi hazırladığını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə nazir Boris Pistorius deyib.

O, “Der Spiegel” jurnalının kansler Olaf Şolzun buna mane olduğu iddiası ilə bağlı məlumatı təkzib edib.

"Bloklama yoxdur", - deyə o bildirib. "Biz Müdafiə Nazirliyində Ukraynaya yeni yardım paketi hazırlamışıq", - deyə nazir qeyd edib. O, Almaniya hökumətinin sadəcə olaraq təsdiqləmə prosesini hələ başa çatdırmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti