...

Rusiya ilə Türkiyə XİN rəhbərləri enerji təhlükəsizliyi üçün risklərin qarşısının alınmasını müzakirə ediblər

Siyasət Materials 12 Yanvar 2025 21:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı aparıblar.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, telefon danışığı zamanı Ukrayna və enerji təhlükəsizliyinin təmin edilməsi üçün risklərin qarşısının alınmasının vacibliyi müzakirə olunub.

"Xarici siyasət qurumlarının rəhbərləri müntəzəm, etibarlı dialoqun inkişafı çərçivəsində beynəlxalq və regional məsələlər, o cümlədən Ukrayna ətrafında vəziyyət kontekstində fikir mübadiləsi aparıblar. Enerji təhlükəsizliyinə risklərin yaradılmasına yönəlmiş hərəkətlərin qarşısının alınması zərurətinə xüsusi diqqət yetirilib", - deyə qeyd olunub.

Telefon danışığı zamanı Rusiya və Türkiyənin diplomatik nümayəndəliklərinin rəhbərləri Suriyada inklüziv milli dialoqun təşkilinə də diqqət çəkiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti