Bakı. Trend:
Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti hökm sürür. Bu atmosfer hadisəsi sinoptik şəraitlə əlaqədar olaraq müşahidə edilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki, duman az qradiyentli atmosfer təzyiqi sahəsində və zəif cənub-şərq küləkləri ilə dənizdən gələn rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması nəticəsində yaranıb.
Dumanlı hava şəraiti Bakıda və Abşeron yarımadasında olduğu kimi, Şahbuz, Naxçıvan, Culfa, Quba, Qusar, Sabirabad, Yevlax, Cəfərxan, Neftçala və Şabranda da müşahidə edilir. Bu vəziyyət bəzi yerlərdə görünüş məsafəsinin 50-500 metrədək məhdudlaşmasına səbəb olub.