Bakı. Trend:
Dekabrın sonunda Homs şəhərində sabitliyin bərpası məqsədilə keçirilmiş təhlükəsizlik əməliyyatı zamanı saxlanılan şəxslərin böyük bir hissəsi azadlığa buraxılıb.
Trend xəbər verir ki, bu barədə “Al Vatan” qəzetinə əyalət Baş Təhlükəsizlik Müdirliyindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, azad edilən 360 nəfər iğtişaşlarda iştirak etsələr də, keçmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə hərbi cinayətlərdə iştirak etməyiblər.
“Bu qərar ilkin araşdırmadan sonra qəbul edilib və sərbəst buraxılan şəxslər Suriyanın yeni administrasiyasına qarşı heç bir düşmənçilik hərəkəti etməmək öhdəliyi götürüblər”, - deyə mənbə qeyd edib.