Bakı. Trend:
Donald Trampa qarşı seçkidə müdaxilə və məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı iki iş üzrə xüsusi prokuror kimi təyin edilən Cek Smit istefa verib.
Trend-in "Axios"a istinadən verdiyi məlumata görə, Trampın seçkidə qələbəsi hər iki işin gələcəyini təhlükə altına qoyub. Bundan əlavə, Ali Məhkəmənin keçən il qəbul etdiyi toxunulmazlıq qərarı da işlərin perspektivlərinə mənfi təsir göstərib.
Xatırladaq ki, Ali Məhkəmə Trampın vəzifədə olduğu dövrdəki hərəkətlərinə görə qismən toxunulmazlıq hüququna malik olduğuna dair qərar çıxarmışdı. Bununla yanaşı, federal apellyasiya məhkəməsi bu həftə açıqlayıb ki, Cek Smitin Trampa dair yekun hesabatı, seçilmiş prezidentin etirazlarına baxmayaraq, ictimaiyyətə açıqlana bilər.