...

Aİ, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyini gücləndirməyə hazırdır – Maqdalena Qrono

Siyasət Materials 12 Yanvar 2025 17:44 (UTC +04:00)
Aİ, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyini gücləndirməyə hazırdır – Maqdalena Qrono
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində dəstəyini gücləndirməyə hazır olduğunu bildirir.

Trend-in məlumatına görə, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono deyib.

“Biz hər iki ölkənin rəhbərliyi və rəsmiləri ilə sülhə nail olmağın, vəziyyətin normallaşdırılmasının və regional əməkdaşlığın inkişaf etdirilməsinin ən səmərəli yolları ilə bağlı dərin fikir mübadiləsini yüksək qiymətləndiririk. Aİ müxtəlif aspektlərə, o cümlədən davam edən ikitərəfli danışıqlara, humanitar məsələlərə və əlaqəyə diqqət yetirərək bu prosesdə geniş dəstək verməyə hazırdır. Bundan əlavə, biz regional əməkdaşlığı gücləndirmək üçün təşəbbüsləri irəli sürməyə çalışırıq”, - o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, Maqdalena Qrono 2025-ci il yanvarın 7-dən 11-dək ilk rəsmi səfərini Azərbaycana, daha sonra isə Ermənistana edib.

Xatırladaq ki, Qrono 2024-cü ilin iyulunda Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib. O, Toivo Klaarın yerinə keçib və 1 sentyabr 2024-cü il tarixindən 12 aylıq ilkin müddət üçün vəzifəsinin icrasına başlayıb.

Xəbər lenti

Xəbər lenti