Bakı. Trend:
Meksikanın qərbində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 137 minə yaxın insanın yaşadığı Kolima şəhərindən 88 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 86 km dərinlikdə yerləşib.
Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.