Bakı. Trend:
Azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" komandası 2-ci Bundesliqada mövsümün ikinci yarısına hazırlıqlarını uğurla davam etdirir.
Trend xəbər verir ki, "Nürnberq" hazırlıq çərçivəsində "İnqolştat" komandası ilə iki yoldaşlıq görüşü keçirib.
Birinci oyunda "Nürnberq" rəqibini 2:1 hesabı ilə məğlub edib, lakin Mahir Emreli bu görüşdə fərqlənə bilməyib.
İkinci qarşılaşmada isə "Nürnberq" 3:0 hesablı qələbə qazanıb. Millimizin üzvü bu görüşdə komandasının ikinci qolunu vuraraq penaltini dəqiq yerinə yetirib.