Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı Qəzza zolağında girovların azad edilməsi ilə bağlı danışıqlarda irəliləyişi müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə İsrail baş nazirinin mətbuat xidməti bildirib.
"Baş nazir Benyamin Netanyahu az öncə ABŞ prezidenti Co Baydenlə danışıb. Baş nazir ABŞ prezidenti ilə girovlarla bağlı danışıqlarda irəliləyişi müzakirə edib və onların azad edilməsi prosesini sürətləndirmək üçün Dohada danışıqlar aparan nümayəndə heyətinə verilən mandat barədə məlumat verib", - deyə qeyd olunub.
Bildirilib ki, Netanyahu ABŞ prezident Co Baydenə və yeni seçilmiş prezident Donald Trampa girovların azad edilməsi missiyasını yerinə yetirməkdə əməkdaşlığa görə təşəkkür edib.