Bakı. Trend:
Krım yarımadasında 4,2 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Moskva vaxtı ilə saat 17:49-da Tamandan təxminən 60 kilometr aralıda qeydə alınıb.
Tələfat və dağıntılarla bağlı hələlik məlumat yoxdur.