Bakı. Trend:
Bakı şəhərinin Suraxanı rayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yanğın qeydə alınıb.
Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ümumi sahəsi 35 m² olan bir otaqlı mənzildə yanğın nəticəsində 1 ədəd televizor və televizor altlığı yanıb.
Hadisə zamanı yüksək temperaturdan mənzilin 1 pəncərə çərçivəsi də qarsalanıb. Lakin yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində mənzil yanğından mühafizə olunub və alov tamamilə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.