...

İsrail XİN rəhbəri britaniyalı həmkarı ilə Qəzza, İran, Livan və Suriyanı müzakirə edib

Dünya xəbərləri Materials 13 Yanvar 2025 02:52 (UTC +04:00)
İsrail XİN rəhbəri britaniyalı həmkarı ilə Qəzza, İran, Livan və Suriyanı müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin xarici işlər naziri Qideon Saar britaniyalı həmkarı David Lammi ilə Qüdsdə keçirdiyi görüşdə İran, Livan, Suriya və Qəzza zolağındakı vəziyyəti müzakirə etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə nazir "X" sosial şəbəkəsində yazıb.

"Suriya, Livan və İran təhlükəsi də daxil olmaqla, geniş spektrli məsələləri müzakirə etdik. Mən İsrailin Qəzzada girovlarla bağlı razılaşma əldə etmək niyyətini vurğuladım", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti