...

Alman gəmiləri Baltik dənizində idarədən çıxmış tankerini sahilə çəkib

Dünya xəbərləri Materials 12 Yanvar 2025 13:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Alman gəmiləri idarədən çıxmış "Eventin" tankerini Baltik dənizindəki Rügen adasındakı Zasniç limanı yaxınlığındakı lövbərə çəkib.

Trend xəbər verir ki, bu barədə Almaniyanın Dəniz Fövqəladə Xilasetmə Xidmətinin nümayəndəsi məlumat verib.

İki yedək gəmisi ilə dəstəklənən tanker bundan sonra nə edəcəyinə dair qərar qəbul edilənə qədər sahildən təxminən 5 km aralıda lövbər salacaq. Təmir işlərinin nə vaxt və harada aparılacağı hələlik məlum deyil.

Fövqəladə xilasetmə xidmətinin məlumatına görə, “Eventin”in göyərtəsində təxminən 99 min ton neft var.

Söhbət Panama bayrağı altında üzən 274 metrlik gəmidən gedir. Tanker Rusiyanın Ust-Luqa limanından Misirin Port-Səidə gedirmiş.

İlkin məlumata görə, idarəetmənin itirilməsinə səbəb mühərrikin sıradan çıxması olub. Hələlik ətraf mühit üçün təhlükə yoxdur.

Xəbər lenti

Xəbər lenti