Bakı. Trend:
"Barselona" və "Arsenal"ın sabiq hücumçusu, fransalı mütəxəssis Tyerri Anri Belçika millisinin baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biri hesab olunur.
Trend xəbər verir ki, bu barədə məlumatı "Voetbal Nieuws" nəşri yayıb.
Anri, hazırkı baş məşqçi Domeniko Tedeskonu əvəzləyə bilər. Daha əvvəl Belçika millisində Roberto Martinezin köməkçisi kimi çalışan Anri, millinin ulduz futbolçuları, o cümlədən Romelu Lukaku və Kevin De Bruyne ilə yaxşı münasibətlər qurmağı bacarıb.
Federasiya məhz bu məqamları nəzərə alaraq Anri ilə danışıqlara başlamağı planlaşdırır.