Bakı. Trend:
Xorvatiya bazar günü keçiriləcək ikinci turda növbəti beş il müddətinə prezidentini seçəcək.
Trend xəbər verir ki, yerli vaxtla saat 07:00-da ölkə daxilində və xaricdə 6500-dən çox seçki məntəqəsi açılıb. Səsvermə saat 19:00-a qədər davam edəcək.
Xorvatiya Milli Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 3 milyon 769 min 598 seçici səsvermə hüququna malikdir, bunlardan 251 min 170 nəfəri xaricdə səs verə biləcək.
Prezidentlik uğrunda hazırkı dövlət başçısı Zoran Milanoviç və ilk turda birinci və ikinci yerləri tutan həkim, alim və keçmiş elm, təhsil və idman naziri Draqan Primorak mübarizə aparır.