Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında həyata keçirdiyi əməliyyat nəticəsində 9 terrorçu öldürülüb.
Trend xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi əməliyyat nəticəsində İraqın şimalındakı "Pençe-Kilit" və Metine bölgələrində PKK terror qruplaşmasının üç üzvünün məhv edildiyini açıqlayıb.
Suriyanın şimalındakı "Fərat Qalxanı" və "Barış Pınarı" əməliyyat bölgələrində isə daha altı terrorçu zərərsizləşdirilib. Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.