Bakı. Trend:
İsrail nümayəndə heyəti Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlar aparmaq üçün Qətərə gəlib.
Trend xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Qendelman yanvarın 12-də danışıqlara başlayacağını qeyd edib.
O, məsələ ilə bağlı sualı cavablandırarkən deyib: “İsrail nümayəndə heyəti Qətərin paytaxtı Dohaya gəlib.
"Girovların azad edilməsi ilə bağlı saziş üzrə danışıqlar bu gün başlayacaq", - Gendelman əlavə edib.