...

İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazırdır

Dünya xəbərləri Materials 12 Yanvar 2025 09:08 (UTC +04:00)
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazırdır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrə, Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın xahişi ilə Ukrayna böhranının həllinə dair görüşə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.

Trend xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin informasiya xidmətinin rəhbəri Nikolas Bidaultya istinadən Le Temps qəzeti məlumat yayıb.

“Bürgenstokda keçirilən sammitdən sonra Ukrayna, Rusiya və ABŞ müntəzəm olaraq İsveçrənin sülhün bərqərar olması üçün istənilən diplomatik səyləri dəstəkləməyə hazır olduğunu bildilər,” – deyə nəşr Bidaultnun sözlərini sitat gətirir.

Eyni zamanda, qəzetin məlumatına görə, İsveçrə hakimiyyəti bu məsələdə təşəbbüs göstərməyəcək və sadəcə iki lider arasında görüşə hazır olan ölkələrdən biri kimi çıxış edir.

Xatırladaq ki, yanvarın 10-da ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşün hazırlıqları barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti