Bakı. Trend:
Bolqarıstan Sosialist Partiyası (BSP) Plenumu, növbədənkənar parlament seçkilərinin qalibi Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar Partiyası və Demokratik Qüvvələr İttifaqı (GERB-SDS) ilə koalisiya sazişi imzalamağa razılıq verib.
Trend xəbər verir ki, BSP mətbuat xidmətinin məlumatına əsasən, plenum iştirakçılarının böyük əksəriyyəti bu qərarı dəstəkləyib. Yeni hökumətdə sosialistlərə baş nazirin müavini və dörd nazir vəzifəsi veriləcəyi gözlənilir.
Bundan əlavə, “Belə xalq var” partiyası nümayəndələri də yeni hökumətin formalaşdırılmasına dəstək verdiklərini açıqlayıblar.
Eyni zamanda, “Demokratiya, Hüquq və Azadlıqlar – DPS” koalisiyası da yeni hökuməti dəstəkləmək məsələsi ilə bağlı qərar qəbul etdiyini rəsmən bəyan edib.