Bakı. Trend:
ABŞ-nin Kaliforniya ştatındakı meşə yanğınlarının əsas səbəbi iqlim dəyişikliyi deyil, günah qabaqlayıcı tədbirlər görməyən və yanlış qərarlar qəbul edən yerli hakimiyyət orqanlarındadır.
Trend-in məlumatına görə, bu barədə Amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkəsində yazıb.
"İqlim dəyişikliyi ilə bağlı izahı doğru olsaydı, Kaliforniyadan iki dəfə çox meşə sahəsi olan Texasda təxminən iki dəfə çox yanğın və yanmış evlər olardı. İqlim dəyişikliyi baş verir, lakin yavaş-yavaş. Los-Anceleslə bağlı problem odur ki, oradan yanğına qarşı maneəlr və ölü ağacları çıxara bilmədilər. Bu, ştat, dairə və şəhər səviyyələrində su ilə təmin edilməməsi və dəhşətli pis idarəetmə ilə çətinləşdi", - deyə o bildirib.