...

Mənim üçün Şuşa dünyanın səkkizinci möcüzəsidir - Şuşa sakini

Siyasət Materials 23 Dekabr 2024 07:42 (UTC +04:00)
Mənim üçün Şuşa dünyanın səkkizinci möcüzəsidir - Şuşa sakini
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mənim üçün dünyanın səkkizinci möcüzəsi Şuşadır.

Bunu Trend-ə açıqlamasında Şuşa sakini Məmmədov Xaliq deyib.

Onun sözlərinə görə, bizə Şuşanı azad edərək qaytaran, bizə bu günü yaşadan dövlət başçımıza, Prezidentimizə, qəhrəman ordumuza minnətdarıq. Bəlkə də dün ədəbiyyatının xəzinəsində bu günün sevincini ifadə edəcək söz yoxdur.

"Allah şəhidlərimizə rəhmət eləsin. Bu torpaq uğrunda canından keçmiş şəhidlərimizi həmişə anırıq. Onlar bizim müqəddəs and yerimizdir", -deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

Xəbər lenti

Xəbər lenti