Bakı. Trend:
İndi bütün şuşalıların ürəyi doğma Şuşaya qayıtmaq üçün döyünür.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Məmmədov Vüqar deyib.
Onun sözlərinə görə, orta məktəbi Şuşada bitirib. Şuşa ilə bağlı gözəl xatirələri var.
"Özüm də 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Şuşaya qayıtdığımda birinci növbədə şəhidlərin məzarlarını ziyarət etməkdir.
Biz bu günümüzü dövlətimizə, Prezidentimizə borcluyuq. Allah ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", -deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır