Bakı. Trend:
“Qarabağ” FK-nın braziliyalı hücumçusu Juninyo İspaniyanın “Sevilya” klubuna mümkün transferi ilə bağlı ilk dəfə açıqlama verib.
Trend xəbər verir
ki, futbolçu İspaniyanın “Estadio Deportivo” nəşrinə müsahibəsində
vəziyyəti belə şərh edib:
“Hazırda bu məsələ mənim əlimdə deyil. Bu barədə çox danışa
bilmərəm, çünki “Qarabağ”la müqaviləm var. Mən yalnız tərəflərin
razılığa gəlməsini gözləyə bilərəm.”
Məlumat üçün bildirək ki, mətbuatda yayılan xəbərlərə görə, “Qarabağ” “Sevilya”nın 2 milyon avro dəyərindəki ilkin təklifini qəbul etməyib və hazırda müzakirələr davam edir. Juninyo ilə bağlanmış müqavilə 2026-cı ilin iyun ayına qədər “Qarabağ” klubunun heyyətində qalmasını nəzərdə tutur.