...

Kanada Liberal Partiyasının üzvləri Castin Trüdonun liderliyini tərk etməsini istəyir

Dünya xəbərləri Materials 23 Dekabr 2024 06:44 (UTC +04:00)
Kanada Liberal Partiyasının üzvləri Castin Trüdonun liderliyini tərk etməsini istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanada parlamentindəki Liberal Partiyanın üçdə birindən çox üzvü Baş Nazir Castin Trüdonun partiya liderliyindən istefa verməsini tələb edir.

Trend xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Telekanalın partiya daxilindəki mənbələrinə istinadən verdiyi məlumata görə, 50-dən çox liberal deputat Trüdonun istefasını istəyir, lakin yalnız 21 deputat bunu açıq şəkildə ifadə edib. Xatırladaq ki, Liberal Partiyasının parlamentdə ümumilikdə 153 yeri var.

Hakim partiya daxilindəki bəzi nümayəndələr Trüdonun istefa verəcəyi halda, hazırkı Maliyyə Naziri Kristya Frilandın Liberal Partiyanın liderliyini ələ ala biləcəyini düşünür.

Xəbər lenti

Xəbər lenti