Bakı. Trend:
"Alphabet Inc" şirkətinin bir hissəsi olan ABŞ-nin "Google" şirkəti bazarda dominant mövqeyi ilə bağlı narahatlıqları aradan qaldırmaq və ölkənin Ədliyyə Nazirliyinin tövsiyə etdiyi "Chrome" brauzerinin satışının qarşısını almaq üçün məhkəməyə bir sıra güzəştlər təklif edib.
Trend-in məlumatına görə, bu barədə "Barron's" qəzeti xəbər verib.
Məlumata əsasən, "Google" ayrı-ayrı platformalarda müxtəlif standart axtarış sistemlərinin quraşdırılmasına icazə verməyə hazırdır ki, bu da xüsusilə "Apple Inc"ə "iPhone" və "iPad" üçün digər standart axtarış sistemlərini təyin etməyə imkan verəcək.
"Google" həmçinin ildə ən azı bir dəfə bu platformalarda defolt axtarış sistemini dəyişmək seçimini təklif edir.
Şirkət bildirib ki, eyni zamanda, brauzerlər "Google"u defolt axtarış sistemi kimi təyin etmək qabiliyyətini saxlamalıdırlar və onların sahibləri belə tərəfdaşlıqdan pul qazanmalıdırlar.