Bakı. Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Amerika administrasiyasının hazırkı rəhbəri Co Baydenin federal səviyyədə ölüm cəzasına məhkum edilmiş 37 məhbusun cəzasının yüngülləşdirilməsi qərarını kəskin tənqid edib.
Trend-in məlumatına görə, bu barədə Trampın keçid komandasının kommunikasiyalar üzrə direktoru Stiven Çun açıqlama verib.
"Bu insanlar ən pis qatillərdəndir və Co Baydenin bu iyrənc qərarı qurbanlara, onların ailələrinə və yaxınlarına təhqirdir", - deyə bildirilib.
Bildirilib ki, “Tramp qanunun aliliyi tərəfdarıdır" və bu siyasətçi rəsmi olaraq prezident vəzifəsinə başlayanda qayıdacaq.