...

Fransa hökuməti etimadsızlıq səsverməsi ilə üzləşməyəcək - Baş nazir

Dünya xəbərləri Materials 24 Dekabr 2024 07:20 (UTC +04:00)
Fransa hökuməti etimadsızlıq səsverməsi ilə üzləşməyəcək - Baş nazir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın baş naziri Fransua Bayru hesab edir ki, bazar ertəsi təqdim etdiyi hökumət Mişel Barnyerin əvvəlki kabineti kimi etimadsızlıq səsverməsinə məruz qalmayacaq.

Trend-in məlumatına görə, bu barədə baş nazir "BFMTV" televiziya kanalına bildirib.

"Əminəm ki, sizə izah etdiyim hərəkətlər və hökumət komandası bizə hər hansı bir etimadın göstərilməməsinə gətirib çıxarmıyacaq", - deyə o qeyd edib.

Eyni zamanda, baş nazir qanun layihələrinin parlament tərəfindən təsdiqindən yan keçməyə imkan verən qanunların qəbulu üçün Konstitusiyanın 49.3-cü maddəsindən istifadə etməməyə söz verib. Lakin o, Barnye hökumətinə etimadsızlıq səsverməsi səbəbindən qəbul olunmamış qalan 2025-ci il büdcəsinin təsdiqi ilə bağlı sual yaranarsa, bu maddədən son çarə kimi istifadə edə biləcəyini açıqladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti