...

Tovuzda peşə məktəbində kütləvi zəhərlənmə: son vəziyyətləri AÇIQLANIB

Cəmiyyət Materials 24 Dekabr 2024 18:10 (UTC +04:00)
Tovuzda peşə məktəbində kütləvi zəhərlənmə: son vəziyyətləri AÇIQLANIB
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.12.2024-cü il tarixində saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

"8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti