Bakı. Trend:
“F60” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını azaltdığını elan edib.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.
Belə ki, MMC-nin nizamnamə kapitalı 6 992 600 (6 milyon 992 min 600) ABŞ dollarından 2 754 853,63 (2 milyon 754 min 853 manat 63 qəpik) ABŞ dolları və ya 39,4% azaldılaraq 4 237 746,37 (4 milyon 237 min 746 manat 37 qəpik) ABŞ dolları məbləğində müəyyən edilir.
Qeyd edək ki, MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Hidayətov Kamil Mirzə oğludur.