Bakı. Trend:
Azərbaycanlı güləş hakimi Hicran Şərifov karyerasını başa vurub.
Trend Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 25 illik hakimlik karyerasını bitirib.
Təcrübəli mütəxəssis son olaraq Azərbaycan çempionatında 55 kq-da Elmir Əliyevlə Rəşad Məmmədov arasında baş tutan final görüşünü idarə edib.
Referi qarşılaşmadan sonra güləş ənənələrinə uyğun olaraq, fitini və qolçaqlarını xalça üzərinə qoyub və həmkarlarının gur alqışı ilə karyerasını başa vurduğunu rəsmən elan edib.
Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası H.Şərifova xatirə hədiyyəsi təqdim edib.