...

Nağdsız hesablaşmalar haqqında qanuna dəyişiklik edilib

Siyasət Materials 24 Dekabr 2024 18:14 (UTC +04:00)
Nağdsız hesablaşmalar haqqında qanuna dəyişiklik edilib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Qanun imzalayıb.

Trend xəbər verir ki, Qanuna əsasən, “otuz min manatdan” sözləri “əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən” sözləri ilə əvəz edilsin və qanunun 3.3-cü maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.”.

Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti