Bakı. Trend:
Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Trend xəbər verir ki, təbrik məktubunda deyilir:
"Çox hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul
edin.
Siz böyük atanızın - Ümummilli Lider Heydər Əliyevin layiqli
davamçısı, dünya miqyaslı görkəmli siyasi xadim, təcrübəli Ali Baş
Komandan, doğma torpaqları azad edən və haqq-ədalət uğrunda
mübarizədə qalib olan əsl lider kimi haqlı olaraq bütün Azərbaycan
xalqının ən dərin hörmətini və hərtərəfli dəstəyini
qazanmısınız.
Sizin müdrik siyasətiniz və qətiyyətiniz, qlobal strateji təfəkkürünüz və ölkənizə olan sonsuz məhəbbətiniz sayəsində Azərbaycan davamlı şəkildə inkişaf edir, dünya siyasətində mühüm mövqe tutur, Rusiya ilə tərəfdaşlıq əlaqələri daim genişlənir.
Bu əlamətdar gündə Sizə səmimi-qəlbdən nailiyyətlər, bol sevinc və nikbinlik, bütün planlarınızın həyata keçməsini arzulayıram.
Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına sülh və əmin-amanlıq diləyirəm".