Bakı. Trend:
“PAŞA Həyat Sığorta” ASC növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib.
Ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən kredit götürmüş şəxsin səhhətində yaranmış xəstəlik onun vəfat etməsi ilə nəticələnib.
İpoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 51 631 manat qalıq borc məbləği “PAŞA Həyat Sığorta” ASC tərəfindən aidiyyəti üzrə ödənilib.