...

Azərbaycanda yaşayan əcnəbilərin nikaha daxil olması qaydasında dəyişiklik edilib

Cəmiyyət Materials 24 Dekabr 2024 17:54 (UTC +04:00)
Azərbaycanda yaşayan əcnəbilərin nikaha daxil olması qaydasında dəyişiklik edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, qaydalara ikisindən biri və ya hər ikisi Azərbaycanda qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər də daxil ediləcək.

Nikaha daxil olanlardan biri və ya hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu halda həmin şəxs (şəxslər) Azərbaycanda qanuni əsaslarla olmasını və ya yaşamasını təsdiq edən sənədin surətini ərizəyə əlavə etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti