...

“Sumqayıt”ın şikayəti təmin edilməyib

İdman Materials 24 Dekabr 2024 20:39 (UTC +04:00)
“Sumqayıt”ın şikayəti təmin edilməyib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Sumqayıt” Futbol Klubunun apellyasiya şikayəti təmin edilməyib.

Trend xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

AFFA Gənclər Liqasında keçirilən “Sumqayıt” – “Zirə” oyununda “Sumqayıt” komandasının baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə onun 5 oyun cəzalandırılmışdı. AFFA İntizam Komitəsinin 05 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edilib ki, Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah ediləcək və qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti