...

Ağdaşda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələr keçiriləcək

İqtisadiyyat Materials 1 Aprel 2025 16:44 (UTC +04:00)
Ağdaşda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələr keçiriləcək
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aprelin 4-də Ağdaşda keçiriləcək Aqrar Biznes Festivalı çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel sessiyanın təşkili nəzərdə tutulur.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata görə, sessiyada aqrar sektorun inkişafına töhfə verən maliyyə alətləri, Mərkəzi Aran iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.

Panel sessiyada kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət maliyyə qurumlarının, aparıcı bank və bank olmayan kredit təşkilatlarının nümayəndələrinin iştirakı planlaşdırılır.

Müzakirələrdə aqrar sektora dövlət dəstəyi mexanizmləri, güzəştli kredit və subsidiyalar, aqrar sığorta imkanları, fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və digər mövzuların müzakirəsi gözlənilir. Sessiya çərçivəsində fermerlərin və sahibkarların sualları cavablandırılacaq, onlara mövcud və yeni maliyyə mexanizmləri barədə ətraflı məlumat veriləcək.

Panel müzakirələrdə aqrar sahədə fəaliyyət göstərən bütün sahibkarlar və maraqlı tərəflər iştirak edə bilərlər.

Qeyd edək ki, “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin il ərzində bütün iqtisadi rayonlarda keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti