Bakı. Trend:
Çin Xalq Azadlıq Ordusu (AXO) çərşənbə axşamı Tayvan ətrafında hərtərəfli hərbi təlimlərə start verib.
Trend xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (AXO) Şərq Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi Şi Yi məlumat verib.
Təlimlərə quru və raket qüvvələri, donanma və hava qüvvələri cəlb olunub.
Hərbi dairənin WeChat sosial şəbəkəsində yaydığı bəyanata görə, bu təlimlər Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələrə ciddi xəbərdarlıq və güclü maneədir.